Ömrünün 40 ilini şagirdlərə həsr etmiş məktəbimizin müəllim və şagird kollektivinin sevimlisi

Rəhmanova Solmaz Sayətdin qızı.1955-ci ilin mayın 13-də Bakı şəhərində anadan olmuşdur.3 yaşında olarkən ailəsi ilə birlikdə Maştağa qəsəbəsinə köçmüşdür.İlk təhsilini  də elə burada,187 nömrəli məktəbdə almışdır.Kiçik yaşlarından müəllimliiyə marağı olmuşdur.Bu maraq nəticəsində 1972-ci ildə Lenin adına Pedaqoji İnstituta (İndiki  Azərbaycan Dövlət Pedaqji Universiteti) filologiya fakultəsinə qəbul olmuşdur.1976-ci ildə universiteti bitirdikdən sonra Qusar rayonuna təyinatını alaraq 3 ill (1976-1979-cu illərdə) orada pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

1979-cu iləd Maştağa  rayon 128 nömrəli məktəbdə fəaliyyətə başlamışdır.Hal-hazırda da bu məktəbdə Azərbaycan dil və ədəbiyyatı müəllimi işləyir.

Bu məktəbdə işləyərkən müəllimin uğurları çox olmuşdur.Şagirdlərinin səs-sorağı müxtəlif sahələrdən,müxtəlif ölkələrdən gəlmişdir.

Azərbaycan müəllimlərinin qurultayında 128 nömrəli məktəbin nümayəndəsi seçilmişdir.

Hal-hazırda ailəsi 5 nəfərdən ibarətdir:Oğlu,gəlini və iki nəvəsi var

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi