Videokonfrans

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Qənirə Qafarlının təşəbbüsü ilə “Maraqlı macəralar saatı” adlı layihəyə start verildi. Layihənin bu dəfəki sayında Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi-fond şöbəsinin müdiri, t.ü.f.d Nəsir Quluzadənin  təqdimatında “Qarabağın qədim dövr maddi mədəni irsi muzey arxeologiyası müstəvisində (Milli Azərbaycan Tarixi Muzeyinin nümunəsində) “ adlı slayd təqdimatlı videokonfrans keçirildi.                                                                          11.01.2021-ci ildə keçirilən videokonfransa dəvətlilər arasında məktəbimizin tarix müəllimi Jalə Qurbanova və 8-ci, 6-cı sinif şagirdləri də var idi.

Şagirdlərimiz maraqlı faktlarla tanış oldular və Jalə müəllim Qənirə xanıma məktəbimizi bu videokonfransa dəvət etdiyinə görə təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi