Pedaqoji mühazirə qaliblərinin mükafatlandırılması

Yanvarın 30-da ötən dərs ilində keçirilən respublika pedaqoji mühazirə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu pedaqoji mühazirələrin əhəmiyyətindən danışıb. Vəfa Yaqublu bildirib ki, mühazirələrin keçirilməsində məqsəd ümumi təhsil sahəsində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənməkdir. Tədbirin sonunda məktəbimizin ibtidai sinif müəllimi Əkbərova Zəhra Qafil qızı da qaliblər ilə birlikdə təltif olundu. Qiymətləndirmənin nəticələrinə əsasən, 107 müəllim diplom və tərifnamələrə layiq görülüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi