İlk zəng

    16 sentyabr tarixində Əfqan Əliyev adına 125№-li tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini S.Mehriban müəllim "İlk zəng" tədbirini açıq elan edərək müəllim və şagirdlərimizə nailiyyətlər arzuladı. Tədbir Azərbaycan Respublikası Dövlət Himni ilə başlandı. Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan oğul və qızlarımızın, məktəbimizin adını daşıyan şəhid Əfqan Əliyevin, o cümlədən 125№-li məktəbin dünyasını dəyişmiş müəllim və şagirdlərimizin ruhu birdəqiqəlik sükutla yad edildi. Sonra məktəbin direktoru Əliyeva Zeynəb müəllim çıxış edərək müəllim və şagirdlərimizə möhkəm cansağlığı, bilik və ziya yollarında nailiyyətlər, uğurlar arzuladı. Çıxışında qeyd etdi ki, müəllim cəmiyyətin bünövrəsini quran incə ruhlu bir memardır. Gənc nəslin düzgün tərbiyəsində müəllim bilik, bacarıq və rəftarı ilə gələcəyimizi qurmaq üçün daim çalışmalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi