"Müdrik siyasət və Qarabağ zəfəri" adlı müsabiqədə qalibiyyət

   98-ci il dönümünü qeyd etdiyimiz ümummilli lider deyirdi: "Hamımızın ümumi vəzifəsi xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətinə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir". Ulu öndərin bu sözləri gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan biz müəllimlər üçün fəaliyyət proqramına çevrilmişdir. Müasir dövrdə gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi Azərbaycan təhsilinin qarşısında duran mühüm vəzifələrdən biridir. Vətənpərvərlik hərkəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanan bir hissdir.
Gənclərin milli, vətənpərvərlik ruhunda tərbiyəsi təkcə məktəbdaxili deyil, həm də məktəbdən xaric tədbirlərdə formalaşır. BŞİH-nin məktəblilər arasında keçirdiyi "Müdrik siyasət və Qarabağ zəfəri" adlı müsabiqə buna bariz nümunədir. 300-dən artıq məktəbin, 2000-dən çox məktəblinin iştirak etdiyi bu müsabiqədə  məktəbin X sinif şagirdi Həmzəyeva Ləman böyük uğura imza ataraq qalib adını qazanmışdır. Bu həm də doğma məktəbimizin, onun müəllimlərinin uğuru deməkdir. Daim zirvələrə doğru, doğma 125!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi