Onlayn pedaqoji iclas

    30 dekabr tarixində  növbəti pedaqoji iclası keçirildi. İclası açıq elan edən məktəbin direktoru Əliyeva Zeynəb müəllim müəllimləri səmimiyyətlə salamlayaraq  ilk öncə II  Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizi ehtiramla yad etdi. Möhtəşəm qələbənin əldə edilməsində dövlət başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin istər hərb, istər siyasət, informasiya istiqamətində  uğurlu fəaliyyətini yüksək qiymətləndirərək hakimiyyət, xalq, ordu birliyinin möhkəmliyini, sarsılmazlığını vurğuladı. Zeynəb müəllim şəhid məzunlarımızı da hörmətlə xatırlayaraq onların bu cür vətənpərvər yetişməsində ailənin, cəmiyyətin  və Azərbaycan tədrisinin, müəllim əməyinin,  maarifləndirmənin əhəmiyyətini diqqətə çatdırdı. Azərbaycan şəhidlərinin, o cümlədən məktəbimizin məzunlarının :  Heybətov Ağa Əmi, Salamov Vüsal,  Əliyev İbrahimin şücaəti xüsusilə qeyd edilib gələcək nəsillərə qürur mənbəyi olması nəzərə çatdırıldı. Ordu sıralarında hərbi xidmətlərini yerinə yetirən məzunlarımız Hənifəyev İbrahim və Əliyev Əhmədin torpaqlarımızı rəşadətlə qorumalarına görə  medallarla təltif olunması hamının sevincinə səbəb oldu. Xeyirxahlıq vəzifəsini  ənənəyə çevirən məktəb Buzovna qəsəbəsində yerləşən Kurort Rabilitasiya Mərkəzində müalicə alan qazilərimizə növbəti olaraq  qarşıdan gələn 31 Dekabr Həmrəylik Günü münasibəti ilə bayram sovqatını   təqdim etmişdir.  Bu məktəb rəhbərliyinin başçılığı ilə həyata keçirilən Vətən qarşısında tükənməyən mənəvi borcdur.
125 N li məktəb  onlayn tədrisdə şagirdlərin dərsə cəlb edilərək bilik və bacarıqlara yiyələnməsində fəallıq göstərir. İclasda  keçirilən dərslər müzakirə olundu. Müəllimlərə tədrislə bağlı müəyyən tövsiyələr verildi. Məktəbin fəaliyyət planına uyğunlaşdırılmış onlayn tədris davamlı şəkildə məktəb rəhbərliyi tərəfindən izlənilir. Pandemiya dövründə təlim və təhsilin uğurlu alınması üçün çalışan kollektiv bacarıqlarından səmərəli istifadə edir. Bilik yarışlarında, fənn olimpiadalarında , müxtəlif müsabiqələrdə iştirak,  müəllimlərin , şagirdlərin onlayn tədbirləri , açıq dərsləri, vətənpərvərlik mövzusunda müzakirələr   məktəbin fəaliyyətinin öz axarı ilə davam etdiyinin sübutudur. Azad, firavan , sağlam, savadlı  gələcək naminə mübarizə onlayn məktəbimizdə  reallaşmaqdadır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi