"Qarabağ Azərbaycandır!" adlı dəyirmi masa keçirildi

    Təhsil Nazirliyinin 16.11.2020 tarixli F-512 nömrəli əmrinə əsasən Fəaliyyət planının  "Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə"ilə bağlı  məktəbin IV B sinif şagirdləri və sinif rəhbəri Sara Quliyeva-Hüseynovanın təşkilatçılığı ilə virtual məktəb platforması üzərindən "QARABAĞ AZƏRBAYCANDIR!" adlı dəyirmi masa keçirildi. Dəyirmi masada məktəbin direktoru Əliyeva Zeynəb müəllim, tərbiyə işləri üzrə direktor müavini Səlimova Mehriban müəllim, "Tərəqqi" medallı tarixçi müəllimimiz Rəhimova Elmira, səyyah-tarixçimiz Məmmədova Zümrüd müəllimə iştirak etmişdilər. Dövlət Himnimiz səsləndikdən sonra açılış üçün söz məktəbin direktoru Əliyeva Zeynəb müəllimə verildi. Zeynəb müəllim tədbir iştirakçılarını salamladıqdan sonra müəllim-şagird kollektivini möhtəşəm qələbə münasibəti ilə təbrik etdi. Zeynəb müəllim hakimiyyətin ölkə başçısının xalqın və ordunun bərabərliyi , birliyi nəticəsində əldə olunmuş qələbəni xüsusi vurğuladı. Haqlı savaşımızda şəhid olmuş Vətən qəhrəmanlarından bəhs edərkən, xüsusilə məktəbimizin şəhid-məzunlarından: Heybətov Ağaəmi, Salamov Vüsal və Əliyev İbrahimdən, onların keçdikləri qəhrəmanlıq yolundan bəhs etdi. Daha sonra çıxış üçün söz sinif şagirdlərinə verildi. Şagirdlər Qarabağın tarixindən, erməni vandalizmindən, tarixi abidələrimizin dağılmasından, qəhrəman oğullarımızın döyüş yolundan ətraflı şəkildə danışdılar, onların xatirəsinə həsr olunmuş şeirlər söylədilər. Şagirdlər öncəliklə işğaldan azad edilmiş ərazilərimizi xatırladılar.  Şuşanın fəthi ilə İstanbulun fəthini müqayisə etmələri diqqət çəkici idi. Şuşanın işğaldan azad edilməsi, məhz İstanbul fəthi qədər qəliz olduğu, lakin əsgərlərimizin bu vacib vəzifənin öhdəsindən ləyaqətlə, böyük mərdliklə gəldiyi vurğulandı. Bu anda şagirdlər "Tərəqqi" medallı tarixçimiz Rəhimova Elmira müəllimə "Şuşanın işğaldan azad edilməsi nə üçün əhəmiyyətli idi?" sualı ilə müraciət etdilər. Tarixçi bu sualı cavablandırmağa  Şuşanın tarixən mədəniyyət mərkəzimiz olması ilə əlaqələndirdi. Qeyd etdi ki, Şuşanın işğaldan azad edilməsi birbaşa olaraq digər işğal altında olan ərazilərimizin də faciəli taleyinin sonu demək idi. Şuşanın həm mədəni, həm də strateji əhəmiyyəti onun işğaldan azad edilməsinin ölkəmiz üçün əhəmiyyətini daha da artırdığını vurğuladı. Mövzunun müzakirəsinin davamında şagirdlərimizin qələbədə əsas payı  olan ölkə başçımız İlham Əliyevin gördüyü işlərdən bəhs etdilər. İlham Əliyevin həm Ali Baş Komandan kimi ordunu düzgün idarə etməsi, həm də siyasi xadim kimi ölkəmizə qarşı olan fikirləri, qərarları necə doğru, yerindəcə dəf etdiyi vurğulandı. Şagirdlərimizin məktəbimizin direktoru olmaqla yanaşı Xəzər rayonu  YAP-ın sədr müavini olan  Zeynəb müəllimə ünvanladığı: "Ölkə başçımızın hər iki cəbhədəki fəaliyyətini bizlər üçün daha da aydınlaşdırardınız?" sualına cavab olaraq İlham Əliyevin hər iki meydandakı fəaliyyətindən, onun əzmkarlığından, Vətən sevgisindən, beynəlxalq mətbuata verdiyi müsahibələrdəki hazırcavablığından bəhs edərək münasibət bildirdi. Zeynəb müəllim  İlham Əliyevi dünya siyasətində ən önəmli şəxslərdən biri olduğunu qeyd etdi. Qələbənin qazanılmasında payı  olan şəhidlərimizi də unutmadılar.  Xüsusilə məktəbimizin şəhid-məzunlarından: savadı, dünyagörüşü ilə qəlbləri fəth edən Heybətov Ağaəmini, mehribanlığı və mədəniyyəti ilə hər bir gəncə nümunə olan Salamov Vüsalı, sakit təbiətinin fonunda coşğun Vətən sevgisi ilə vətənpərvərlik nümunəsi olan Əliyev İbrahimi xatırlayıb, onlara Tanrıdan rəhmət dilədilər. İfa etdiyi "Vətən yaxşıdır" mahnısını 44 günlük müharibəmizin marşına çevirən şəhid Xudayar Yusifzadənin Vətən sevgisi də müzakirə edildi. Tədbirdə son söz söyləmək üçün Zeynəb müəllimə müraciət edildi.  O şəhidlərimizin ölmədiklərini, onların bizim qəlbimizdə yaşadıqlarını, mərd qardaşlarımızı hər zaman xatırlayacağımızı vurğuladı. Həmçinin Zeynəb müəllimə şagird-müəllim kollektivini qarşıdan gələn Həmrəylik günü və Yeni il münasibəti ilə təbrik etdi. Ölkəmizin səsinin hər zaman zirvələrdən gəlməsini arzuladı. Tədbir cənab Prezident İlham Əliyevin 10 noyabr tarixindəki çıxışını izləməklə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi