Şəhidlərə həsr olunan onlayn tədbir

    26 dekabr tarixində Hazar İlçə Mərkəzləşdirilmiş Kütüphanə Sisteminin Mərkəzi Kütüphanəsi və Antaliya Azərbaycan Kültür və Dayanışma Dərnəyi tərəfindən   
 "Şehidler Ölməz, Vatan Bölünməz " layihəsi üzrə  " Şəhidlik Uca Zirvədir ! " adlı onlayn tədbir keçirildi.  Bu möhtəşəm vətən sevgisi ilə şəhidlərimizə minnətdarlıqla köklənmiş  tədbirə II Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın 
valideynləri, yaxınları toplaşmışdı. Vətənpərvərlik ruhunda keçirilən tədbirdə qardaş Türkiyə ilə Xəzər rayonu mədəniyyət işçilərinin birgə fəaliyyəti nəticəsində  Azərbaycanı doğma torpaqlarına qovuşduran dağ vüqarlı igidlərimizin əziz, müqəddəs xatirəsi yad edildi. Ə.Əliyev adına 125 N li tam orta məktəbin şəhidlik zirvəsinə ucalan məzunları da : Heybətov Ağa Əmi , Salamov Vüsal , Əliyev İbrahim  digər Xəzər rayon məktəblərinin şəhid məzunları ilə , qəhrəman oğulları ilə bir arada xatırlandı.  Hər çıxışda  kədərdən  qürura yüksələn səmimi ürək sözləri, Vətənə, şəhidlərə sonsuz ehtiram, fəxarət hissi yaddaşlarda silinməz izlər, təəssüratlar yaratdı. Məktəbin direktoru Zeynəb Əliyeva öz  məzmunlu və maraqlı  çıxışında şəhidlərə dərin  minnətdarlıq hissi ilə yanaşaraq ən səmimi  duyğularla onları anaraq Vətənin qeyrəti, qüruru,  mənliyi rəmzinə çevrilən qəhrəmanlarımızı hər fəaliyyətimizdə  yaşadacağımızı vurğuladı. Azərbaycan Şəhidləri!  Şəhidlər ölməz, Vətən bölünməz!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi