Bilik yarışı

"Uşaq hüquqları" aylığı ilə əlaqədar məktəbimizdə 14 noyabr tarixində V-VI siniflər arasında "Bilik yarışı" keçirildi. Yarışda şagirdlərə uşaq Konvensiyasından, hüquq və vəzifələrindən, tarixımizin qan yaddaşından və ümumi dünyagörüşündən suallar verildi. I yerə V E sinfinin "Qarabağ" komandası layiq görüldü. Sonda şagirdlər belə maraqlı yarışların tez-tez keçirilməsi arzusunda olduqlarını bildirdilər.