Ölkəmizi tanıyaq

Hər il olduğu kimi bu il də məktəbimiz “ Ölkəmizi tanıyaq “ tur – aksiyasında əlaçı şagirdləri ilə iştirak etdi. Layihənin bu ilki iştirakçısı olan X sinif şagirdi Mahmudov Nemət Xəzər Rayon İcra Hakimiyyətində Gəncəyə səfər edəcək şagirdlər, onların valideynləri və məktəb direktorları ilə keçirilən görüşdə çıxış edərək yaradılan şəraitə, şagirdlərə göstərilən diqqət və qayğıya görə, ölkə rəhbərliyi cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlığını bildirdi .Uşaqların dünyagörüşünün formalaşmasında müsbət əhəmiyyət kəsb edən bu maarifləndirici aksiya şagirdlərin yaddaşında ömürlük həkk olundu.