Narkomaniya – ümumbəşəri bəla
Narkomaniya əleyhinə mübarizə mövzusunda maarifləndirici tədbirlər məktəbimizdə hər il keçirilir. Bu il də məktəbimizdə
“ Narkomaniya ümumbəşəri bəladır ” adlı tədbir Xəzər Rayon Polis idarəsinin rəisi , polis polkovniki İspəndiyar Mehbalıyevin rəhbərliyi ilə idarənin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin əməkdaşları tərərfindən keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru açdı. Sonra polis mayoru Samir Ağayev və polis baş leytenantı Xəyalə Həsənova çıxışlarında bəşəriyyətin böyük bəlası olan narkotik vasitələrdən və psixotrop maddələrdən qeyri-qanuni istifadədən və onların qanunsuz dövriyyəsindən, dövlətimizin narkomaniyanın qarşısının alınması istiqamətində gördüyü işlər barədə tədbirlərdən danışdılar. Şagirdlərin mövzu ətrafında verdikləri sualları idarənin əməkdaşları cavablandırdılar. Sonda narkomaniyanın dəhşətlərini əks etdirən qısa film nümayiş olundu.