Musiqi qəm dağıdır, zövq verir insana...

Sentyabrın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şağan qəsəbə Mədəniyyət Mərkəzində Şağan qəsəbə 124 №li F.Gözəlov adına məktəbin şagirdlərinin iştirakı ilə Milli musiqi günü qeyd olunub. Mərkəzin foyesində rəsm dərnəyi üzvlərinin milli musiqi günü münasibətilə çəkdiyi rəsmlər nümayiş edilib.
Tədbiri giriş sözü ilə mərkəzin bədii rəhbəri T.Məlikzadə açaraq qonaqları salamlayıb, Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edib və Milli musiqi gününün məhs onun adı ilə bağlı olduğunu vurğulayıb.
Sonra söz Mərkəzin direktoru C.Şahbazbəyova verilib. O hamını Milli Musiqi günü münasibətilə ürəkdən təbrik edib. Şağan qəsəbə Mədəniyyət Mərkəzinin “Azad” rəqs qrupu “Arşın mal alan” rəqsi, "Azad" tədris mərkəzinin “ Azad” rəqs qrupunun Əmircan filialı “ Bayram rəqsi” Şuşa şəhər uşaq musiqi məktəbinin yetirmələri Kənan Əliyev “Nazəndə sevgilim”, Sərxan Əliyev “Qara göz”, Qələm Qocamanova “Bayatı-Şiraz” təsnifi, Aysu Abbasova pianoda Ü.Hacıbəylinin “Uvertüra”sı, Xəyalə Əliyeva və Səyavuş Mehtiyev “Qarabağ şikəstəsi” ilə gələn qonaqlara əsl bayram əhval-ruhiyyəsi yaşadıb.
Sonda bu tədbirdə fəqlənənlər Mərkəz tərəfindən Fəxri Fərmanlarla təltif olunub.