“Ulduz”lu ekskursiya

21 may tarixində tərbiyə işləri üzrə direktor müavini və sinif rəhbərinin iştirakı ilə V b sinfinin Keşlə qəsəbəsində yerləşən “Ulduz” şokolad və karamel fabrikinə ekskursiyası təşkil olundu.Əvvəlcə fabrikin nümayəndəsi Lalə xanım şagirdlərə videorolik vasitəsi ilə şokoladın necə alınmasından, sonra isə fabrikin yaranma tarixindən danışdı.Şagirdlər ayaqlarına baxıl, əyinlərinə ağ xalat geyib canlı olaraq istehsal prosesini izlədilər.Sonda şagirdlərə fabrikin məhsullarından ibarət hədiyyə paketi təqdim olundu.