Azərbaycanın memarı

Artıq 2 ildir ki, ənənəvi olaraq məktəbimizdə Heydər Əliyev dərsləri keçirilir. 16 may tarixində XI siniflər üçün təşkil olunmuş dərsdə 323 nömrəli məktəbdən 24 nəfər, 124 nömrəli məktəbdən 52 nəfər iştirak etdi.Tədbirdə 323 nömrəli məktəbin tarix müəllimi Qasımov Hikmət Nəriman oğlu “Heydər Əliyevin uğurlu siyasəti” adlı mühazirə ilə çıxış etdi.Həmin məktəbin coğrafiya müəllimi Məmmədov Mikayıl İsmayıl oğlu ulu öndərlə olan xatirələrindən danışdı.Şagirdlər onları maraqlandıran suallara cavab aldıqdan sonra tədbir yekunlaşdı.