Cəfər Cabbarlı 120

26 aprel tarixində Bakı şəhər Şağan Mədəniyyət mərkəzində məktəbimizin VII a sinif şagirdlərinin iştirakı ilə yazıçı dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.Tədbirdə ədibin nəvələri Bəhlul Abbasov və Cəfər Cabbarlının ev muzeyinin direktoru Qəmər Bağırova da iştirak edirdilər.Gələn qonaqlardan etnoqraf, tarix elmləri doktoru Təvəkkül Səlimov, Xəzər rayon Gənclər İdarəsinin rəisi Vüqar Əliyev, mərkəzin direktoru Məmməd Rzayev və başqaları çıxış edərək dahi nasirin həyat və yaradıcılığından, keçdiyi şərəfli ömür yolundan söhbət açdılar.
Şagirdlərimizin iştirakı ilə yazıçının “Almaz” pyesindən səhnəcik göstərilmiş, “Od gəlini” , “Solğun çiçəklər” pyeslərindən fraqmentlər, dramaturqun həyat və yaradıcılığını əks etdirən video-rolik nümayiş etdirilmişdir.Sonda VII a sinfi yubileydə fəal iştirakına görə fəxri fərmanla təltif olunmuşdur.