Mənim ilk kitabım

23 Aprel-Uşaq Bayramı və Kitab günü ilə əlaqədar məktəbimizdə “Mənim ilk kitabım” adlı böyük bir tədbir keçirildi.Tədbirə şairə və mətbuat işçisi Mətanət Ulu Şirvanlı dəvət olunmuşdu. Şagirdlər kitabla bağlı mahnı, şeir və səhnəciklərlə çıxış etdi, müxtəlif nağıl qəhrəmanlarını səhnədə canlandırdılar. Həmçinin tədbirdə şairənin vətənpərvərlik mövzusunda yazdığı şeirlərdən ibarət kompozisiya da göstərildi. Sonda məktəb rəhbərliyi və gələn qonaqlar balaca fidanlara öz xoş arzularını bildirərək kitablar hədiyyə etdilər.