Heydər Əliyev xatirələri

16 aprel tarixində məktəbin akt zalında Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri professor Təvəkkül Səlimovun iştirakı ilə “Heydər Əliyev və xatirələri” mövzusunda dərs keçirildi.Tədbirdə məktəbimizin və 323 nömrəli tam orta məktəbin XI sinif şagirdləri iştirak edirdi.
Professor Təvəkkül Səlimov ulu öndərin səyi nəticəsində Azərbaycanın müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoyduğunu və bütün həyatını doğma xalqına həsr etdiyindən danışaraq şagirdləri məlumatlandırdı.Məruzəni maraq və diqqətlə dinləyən şagirdlərin sualları məruzçi tərəfindən cavablandırıldı.