Nümunəvi dərsin təhsilimizin inkişafında əhəmiyyəti

22,28 fevral və 4 mart 2019-cu tədris ilində məktəbimizdə texnologiya, ümumi tarix və biologiya fənlərindən Kamilova Güldanə VI b sinfində “Sadə elektrik dövrəsi ”, Məmmədov Ülvi 9 e sinfində “Müharibədə əsaslı dönüş” və Seyidova Aytən 8 d sinfində “Mədə bağırsaqda həzm” başlığı altında keçirtdikləri nümunəvi dərslərdə müasir təlim metodlarından istifadə edərək şagirdləri dərsə cəlb etmiş, fəal iştiraklarını təmin etmişlər. Kamilova Güldanə və Seyidova Aytən dərslərində sınaq təcrübələr aparmış, şagirdlərin praktik bacarıqlarını əks etdirən müxtəlif modellər nümayiş etdirdilər.
Dərslərdə iştirak edən müəllimlər, o cümlədən təlim tərbiyə işləri üzrə direktor müavini Gülnar Qədirovada dərslərlə bağlı müəyyən irad və təkliflərini bildirdilər.