Valideynin məktəbdə bir günü

22 fevral tarixində məktəbimizdə “Valideynin məktəbdə bir günü” layihəsi həyata keçirildi. Saat 9 00 da valideynlər akt zalında toplaşaraq layihənin məqsədi və mahiyyəti barədə direktor tərəfindən məlumatlandırıldı. Sonra valideynlər məktəbin kitabxanası, bufeti, muzeyi, tibb otağı və idman zalı ilə tanış oldular. III dərs valideynlər öz arzuları ilə istədikləri sinifə dərsləri müşahidə etməyə getdilər. Saat 11 00 da yenidən akt zalına toplaşaraq müşahidələri haqqında məlumat verdilər, rastlaşdıqları problemlər və onların həlli barədə rəy və təkliflərini söylədilər.Görüş interaktiv səviyyədə keçdi. Sonda isə şagirdlərin ifasında musiqili çıxışlar səsləndi.Rəqslər, instrumental ifalar, muğam, estrada musiqisi valideynlərin könlünü oxşadı.