Azərbaycan dili –milli varlığımızdır.

21 fevral Beynəlxalq Ana dili günü münasibəti ilə məktəbdə “Azərbaycan dili –milli varlığımızdır” adı altında şeir müsabiqəsi keçirildi. Müsabiqədə V-XI sinif şagirdləri B.Vahabzadə , M.Müşfiq, C.Cabbarlı, X.R.Ulutürk, Z.Yaqub və digər tanınmış şairlərin şeirlərini səsləndirdilər.Sonda şagirdlər münsiflər tərəfindən qiymətləndirilərək I, II, III və həvəsləndirici yerlərə layiq görüldülər.
Həmçinin II c sinif müəllimi Əliyeva Sənubər Ana dili gününə həsr olunmuş dərs tipli tədbir keçirərək şagirdləri bu gün haqqında məlumatlandırdı və onlar da öz növbələrində dil haqqında bildikləri və öyrəndiklərini nümayiş etdirdilər.