Gəlin kitab oxuyaq

22 oktyabr məktəb kitabxanaları günü ilə əlaqədar II c sinfinin rəhbəri Əliyeva Sənubər məktəbin foyesində şagirdlərinin şəxsi kitabxanasının sərgisini keçirmişdir.Digər paralel II sinif şagirdləri əməkdaşlıq məqsədi ilə sərgiyə dəvət olunmuş, nümayiş olunan kitablarla tanış olaraq onlara maraqlı gələn kitabı seçib oxumuşlar.
Bu tədbiri keçirməkdə məqsəd şagirdlərdə mütaliəyə həvəsi və marağı artırmaq, onlayn mütaliədən daha çox kitablardan oxumağı aşılamaqdır.
Fikirlərini sərbəst bildirən fəal şagirdlər kitabla təltif olunmuşlar.