Şəhidin anım günü

Məktəbimizin adını daşıyan Füzuli Vasif oğlu Gözəlov 17 oktyabr 1970-ci ildə Bakının Şağan kəndində anadan olmuşdur.1985-ci ildə Şağan kənd məktəbini bitirdikdən sonra 101 saylı Texniki peşə məktəbinə daxil olaraq traktor avtomobil sürücüsü peşəsinə yiyələnmişdir.1988-ci ildə həqiqi hərbi xidmətə yollanmışdır.Hərbi xidmətini başa vurduqdan sonra Baki Metropolitenində işləməyə başlamışdır.1992-ci ildə könüllü olaraq müharibəyə getmiş, 1994-cü ildə Horadiz qəsəbəsi uğrunda gedən döyuşlərin birində yanvarın 6-dan 7-nə keçən gecə şəhidliyin ən yüksək zirvəsinə ucalmışdır.Şəhidin qəbri Şağan kəndindəki məzarlıqdadır.

                Nazirlər kabinetinin 4 avqust 1994-cü il qərarı ilə Şağan kənd 124№li tam orta məktəb Füzuli Gözəlovun adını daşıyır.

                Şəhidin anım gününü qeyd etmək məqsədi ilə büstün önündə və şəhidə həsr olunmuş güşənin qarşısında Füzuli haqqında şagirdlərə məlumat verilmiş, şagirdlər vətənpərvərlik mövzusunda şeirlər demiş, xatirəsi yad olunmuşdur. 

                Şəhidin məzarını ziyarət edən IX-XI sinif şagirdləri ananın xatirələrini dinləyərək dərin hüznlə şəhidi anmış, məzarına çiçəklər qoyulmaqla onu yad etmişlər.

                Şagirdlərə  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Xəzər rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə çəkilmiş, Füzuli Gözəlovun xatirəsinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi