Biz sülh istəyirik!

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə elan edilən “Sülh aylığı” ilə əlaqədar ənənəvi olaraq məktəbin ibtidai sinifləri üzrə (II siniflər) asvaltüstü rəsm müsabiqəsi keçirildi.Müəllimlər şagirdlərə sülh və Sülh günü ilə bağlı məlumatlar verib, bu gün haqqında anlayış yaradaraq uşaqları sülhsevər, insanpərvər, humanist olmağa çağırdılar.Sonda məktəblilər sülh rəmzi olan göyərçinləri “Biz sülh istəyirik” sədaları altında səmaya buraxdılar.