Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan.

Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin layihəsinə əsasən peşəyönümü işinin təşkili və peşə təhsilinin təbliği ilə əlaqədar 24 may tarixində məktəbimizdə Mədəniyyət və Sənətkarlıq üzrə Baki Dövlət Peşə Təhsil Mərkəzinin psixoloqu Ülviyyə Cabarova ilə IX siniflərin görüşü keçirildi.Görüşdə müxtəlif peşələr haqqında məlumat verildi, suallara cavab verilərək şagirdlərə düzgün istiqamət göstərildi.