Breyn-Ring

23 may 2018-ci il tarixində məktəbimizdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Xəzər rayon İcra Hakimiyyəti, Xəzər rayon Gənclər və İdman İdarəsi, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər rayon Şöbəsi və Xəmsə Milli İntellektual Oyunu klubunun təşkilatçılığı ilə 28 -May Rüespublika günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş gənc müəllimlər arasında Breyn rinq intellektual oyunu üzrə Xəzər rayon çempionatı keçirilmişdir. Yarışda I Yeri - 120 saylı tam orta məktəbin komandası, II yeri - 136 saylı tam orta məktəbin komandası, III yeri isə 322 saylı tam orta məktəbin komandası tutmuşdur.