23 illik qələbənin 1 əsrlik tarixi

Məktəbin tədbirlər planına uyğun olaraq müəssisəmizdə Xalq Cümhuriyyətinin 100 illik yubleyinə həsr olunmuş silsilə tədbirlər keçirildi. İlk olaraq 23 may tarixində tarix müəllimi Ülvi Məmmədovun rəhbərliyi ilə VIII e sinfində dəyirmi masa, 24 mayda Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Afaq Hacıyevanın rəhbərliyi ilə tədbir, 25 mayda isə məktəbin akt zalında VIII e sinfinin iştirakı ilə yubileyə həsr olunmuş tədbir keçirildi.