Riyaziyyat bütün elmlərin açarıdır

16 may 2018-ci il tarixində IV b sinfi sinif rəhbəri Gözəlova Rəmilə müəllimənin rəhbərliyi ilə riyaziyyat elminə həsr olunmuş tədbir keçirdi.
Tədbirdə riyazi say sisteminin yaranma tarixi, səbəbləri, yayılması və məqsədyönlü işlənmə prinsipi haqqında məlumat verildi.
Say sisteminin insan həyatında oynadığı rolu, müxtəlif xalqlar tərəfindən qəbul olunması, müxtəlif sahələrdə işlənməsi üsulları qeyd olundu.
Rəqəmlər haqqında folklor nümunələrindən, satirik şeir parçalarından, bədii ifadələrdən və musiqi nömrələrindən istifadə olundu.
Bu tədbir şagirdlərə riyaziyyatın bütün elmlərin açarı və beynin gimnastikası olduğunu bir daha aşıladı.