Prezidentimiz güvən yerimiz

4 may 2018-ci il tarixində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi ,Şağan Mədəniyyət Evi və 124 N–li məktəblə birlikdə yeni istifadəyə verilmiş Şağan Mədəniyyət Evində Ümummilli Lider H.Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.Tədbirdə Xəzər rayon idarə, müəssisə və təşkilatlarının nümayəndələri qarşısında məktəbimizin şagirdləri çıxış etmiş, Ulu öndərin və onun davamçılarının Xəzər rayonunun və Şağan kəndi üçün gördükləri işlər barədə gələn qonaqlara və sakinlərə Şağan qəsəbə nümayəndəliyinin sədri, tarixçi-alim Təvəkkül Səlimov məlumat verdi. Şağan Mədəniyyət Evində ilk tədbirin H.Əliyev cənablarının ad gününə həsr olunması əhali tərəfindən sevindirici hal kimi qarşılandı.