20 Yanvar faciəsi silsiləsindən

20 yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar məktəbimizin VIIIe sinif şagirdləri sinif rəhbəri Hacıyeva Afaqın hazırladığı kompozisiya ilə rayonun 3 tədbirində iştirak etmişdir.
Artıq III ildir ki, məktəbimiz Mərdəkan Mədəniyyət Sarayının tədbirlərində iştirak edir. Sevindirici haldır ki, rayondaxili idarə və təşkilatların bizə tədbir ilə əlaqədar muraciət və təklifləri çoxalmış, biz də bu təklifləri qəbul edərək əhatə dairəmizi daha da genişləndirir, inkişaf etdiririk. Bu yeni siyahıya "Eko Park: Ekoloji Tədqiqatlar Mərkəzi" İctimai Birliyini əlavə etmək olar.
Şüvəlan Uşaq və Ailəyə Dəstək Mərkəzi (ŞUADM) ilə də əlaqələr 2 ildir davam edir. Orada keçirilən 20 yanvar faciəsinə həsr olunmuş tədbirdən sonra, 24 yanvar tarixində məktəbimizin VII,VIII sinif şagirdləri ilə Mərkəzin “Zərərli vərdişlərə, narkomaniyaya yox deyək” adlı təlimi keçirilmişdir.