Şəhid Füzuli Gözəlovun xatirəsinə həsr olunmuş sənədli filmin təqdimatı

12.01.2018-ci il tarixində Xəzər rayon Gənclər və İdman idarəsi “Azərbaycan gəncliyi 2017 - 2021 - ci llərdə Dövlət Proqramı”nın 5.1.2 bəndinin icrasının təmin etmək, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin gənclər arasında tanıdılması, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə məktəbimizdə təhsil ocağının adını daşıyan Şəhid Füzuli Gözəlovun xatirəsinə həsr olunmuş sənədli filmin təqdimatı keçirilmişdir. Filmin təqdimatından öncə məktəbin direktoru Sevda Abdullayeva, direktor müavini Sevinc Atayeva, Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev, Xəzər rayon İcra Hakimiyyətinin əməkdaşı Anar Nəsirov,Xəzər rayon Vətən Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Səfa Əliyev,Xəzər rayon Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzinin sədri Ağaşah Yusifov çıxış etmişlər. Məktəblilərin Şəhidin xatirəsinə həsr olunmuş əbədi- bədii kompazisiyasına baxışdan sonra, sənədli film nümayiş etdirilmişdir.