Yubileylər gecəsi

27.12.2017 tarixində məktəbdə Azərbaycanın ilk peşəkar opera müğənnisi Şövkət Məmmədova, opera sahəsində xalq və bəstəkar mahnılarının əvəzsiz ifaçısı, musiqi tədqiqatçısı Bülbül və mahnı janırında ölməz bəstələr müəllifi Tofiq Quliyevin  yubiley tədbiri qeyd edildi.Bu üç musiqi dahisinin həyat və yaradıcılığını əks etdirən videoçarxlar nümayiş etdirildi.

Bəstəkar T.Quliyevin bir-birindən gözəl mahnıları, kinofilmlərdən seçmə musiqilər: “Bakı”, “Kəndimiz”, “Ağacda leylək”, “Biz mehriban ailəyik” mahnıları məktəbin xoru tərəfindən yüksək səviyyədə ifa olundu.

X sinif şagirdləri tərəfindən hazırlanmış “Bəxtiyar” filmindən “Hüseynova bacıları”  səhnəciyi xüsusi maraqla qarşılandı.

Tədbiri məktəbin tarix müəllimi İsmayılova Kifayət və musiqi müəllimi Dadaşova Simrida ərsəyə gətirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi