Еy Vaqif, gərdişi-dövrani-kəc rəftarə bax

20.12.2017-ci il tarixində məktəbimizdə XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olan M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr edilmiş tədbir keçirildi.Qazaxa həsr edilmiş aşıq musiqisinin sədaları altında qonaqlar və şagirdlər zalda toplaşdılar.Unudulmaz prezidentimiz H.Əliyevin Şuşada Vaqif məqbərəsinin açılışında iştirakını əks etdirən görüntülər alqışlarla qarşılandı.Maraqlı proqram şairin həyat və fəaliyyətini, eləcə də bədii yaradıcılığını tam əhatə edirdi.Şairin həyatının müxtəlif dövrlərini əks etdirən səhnəciklər maraqla qarşılandı. XI sinif şagirdlərinin “Vaqif” dramından ekspront hazırladıqları səhnə xüsusilə maraqlı oldu.Yüksək səviyyədə hazırlanmış tədbirə görə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rzayeva Utaridaya müdiriyyət tərəfindən təşəkkür bildirildi.