Bayraq mənliyimdir, bayraq kimliyim, Bayraq- öz yurduma öz hakimliyim.
Bayraq gününə həsr olunmuş tədbirimiz Azərbaycan dili və ədəbiyyat müəllimi Məmmədbəyova Validə tərəfindən Va sinfi ilə keçirildi.Tədbir bitdikdən sonra bu günə həsr olunmuş “Bilik yarışı”na start verildi.Yarış VIII siniflər arasında keçirildi və altı sinif arasında VIIIe sinfi I yerə layiq görüldü.Yarışın sualları əsasən Azərbaycanın tarixi günləri və Qarabağ tarixinə həsr olunmuşdu.