26 oktyabr tarixində Mərdəkan Mədəniyyət Sarayında Xəzər rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Azərbaycan gəncləri narkotiklərə yox deyir” mövzusunda Xəzər rayon orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilən rəsm və inşa müsabiqələrinin təqdimetmə mərasimi oldu. Bizim məktəbin VIII e sinif şagirdi Məmmədli Asiman Elşən oğlu rəsm müsabiqəsində I yerə layiq görüldü və diplomla təltif olundu.