18 oktyabr Dövlət Müstəqilliyi Gününə həsr olunmuş 17 oktyabr tarixində məktəbin akt zalında Xəzər Rayon Gənclər və İdman İdarəsinin iştirakı ilə Xəzər rayon məktəbləri arasında "Nə? Harda? Nə zaman?" intellektual oyunu keçirildi. Tədbirin I hissəsi Müstəqillik günü və məktəbin adını daşıyan şəhid F.Gözəlovun doğum gününə həsr olunmuşdu. Tədbirin II hissəsində 20 məktəbdən hər birində 6 nəfər olmaqla komandalar iştirak edirdi.Oyun 230 N-li məktəbin qələbəsi ilə başa çatdı.