“Ən gözəl təbrik” müsabiqəsi

5 Oktyabr Beynəlmiləl Müəllimlər günü münasibəti ilə məktəbin akt zalında təşkilatçının rəhbərliyi, Azərbaycan dili və ədəbiyyatı müəllimi Hacıyeva Afaqın təşkilatçılığı ilə “Ən gözəl təbrik” adlı müsabiqə keçirildi. V-IX siniflər arasında keçirilən müsabiqənin məqsədi şagirdlərin yaradıcı bacarıqlarını üzə çıxarmaq və müəllimə sevgi və hörmət aşılamaqdan ibarət idi.Şagirdlər müəllimlərə təbriklərini şeir,rəqs,ifa,mahnı,səhnəcik ,şəkil və başqa vasitələrlə çatdırdılar.Nəticədə VII a sinfi I,VIII e sinfi II yerə layiq görüldü.