Bahar çələngi

19 aprel tarixində məktəbin akt zalında V-IX sinif şagirdləri arasında "Bahar çələngi" adlı rəsm sərgisi keçirilib. Sərginin təşkilatçısı-məktəbin rəsm müəllimi Tofiqli Qərənfil rəssamlıq istedadı olan şagirdləri üzə çıxararaq hadisə və əşyaların öz düşüncələri ilə təsvir müstəvisində əks etdirmək bacarıqlarını onkişaf etdirir.
Müsabiqədə qalib gələnlərə fəxri fərmanlar, digər iştirakçılara həvəsləndirici mükafatlar verilib.