Nizami yaradıcılığına səyahət

“Nizami ili” çərçivəsində “Yay məktəbi”-mizdə l və ll siniflərlə ədibin həyat və yaradcılığına həsr olunmuş, açıq dərs tipli tədbir keçirilmişdir. Şagirdlərə elektron lövhədə hazırlanmış videoçarx izlədilərək şairin məqbərəsi, ev muzeyi, müxtəlif ölkələrdə olan abidələri haqqında da geniş məlumat verilmişdir. Şagirdlər Nizaminin hikmətli sözlərindən və əsərlərindən istifadə edərək öz fikirlərini bildirmişlər. Sonda “Kərpickəsən kişinin dastanı “ hekayəsi manitorda göstərilərək təhlil olunmuşdur.