Nizaminin söz xəzinəsi ilə tanışlıq

17 iyun tarixində Yay məktəbinin V sinif şagirdləri ilə birlikdə məktəb kitabxanasında N.Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Nizami dünyası” adlı mütaliə saatı keçirilmişdir.Tədbirin keçirilməsində məqsəd həm şagirdlərin bədii ədəbiyyata, mütaliəyə marağını artırmaq, həm də dünya ədəbiyyatının görkəmli nümayəndəsi N.Gəncəvi haqqında məlumat verməkdən ibarət olub. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini S.Atayeva, kitabxanaçı A.Əliyeva, UBR Ş.Abasquliyeva və sinif rəhbəri T.Sadıqova iştirak edib.