Nizami dünyası

     F.Gözəlov adına 124 nömrəli tam orta məktəbin  IX - X sinif şagirdləri ilə dahi ədib Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş "Nizami dünyası" adlı intellektual müsabiqənin məktəb mərhələsi keçirilmişdir. Müsabiqədə məktəbin tərbiyə işləri üzrə direktor müavini Sevinc Atayeva,  məktəbin psixoloqu Elnarə İsazadə və məktəbin uşaq birliyinin rəhbəri Şəbnəm Abasquliyeva iştirak etmişdir. İlk öncə şagirdlərə Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında məlumatlar verilmiş, şagirdlər isə düzəltdikləri video rolikləri təqdim etmişlər. Daha sonra məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimələrinin hazırladığı suallar şagirdlərə verilmiş,  şagirdlər isə sualları cavablandırmışlar. Sonda toplanan ballar əsasında yarışın ən fəal namizədi X b sinif şagirdi Allahverdiyeva Ələviyyə seçilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi