"Ürəklərdə əbədi yurd salan insan”

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar F.Gözəlov adına 124 nömrəli tam orta məktəbdə 9 may tarixində 8 a sinif şagirdləri ilə  "Ürəklərdə əbədi yurd salan insan” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Sevinc Atayeva,  məktəbin psixoloqu Elnarə İsazadə və 8 a sinif rəhbəri Aytən Seyidova iştirak etmişdir. Tədbirdə ilk öncə Heydər Əliyevin həyat və yaradıcılığı barəsində məlumatlar verilmiş, video roliklər göstərilmiş, daha sonra şagirdlərin Heydər Əliyevin xatirəsinə həsr olunmuş şeirləri dinlənilmişdir. Tədbir zamanı Aytən müəllimə Ümummilli lider Heydər Əliyev ilə bağlı təəssüratlarını da bölüşmüşdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi