“Şuşa fatehləri”

8 may tarixində məktəbin 5 g sinfi ilə “Şuşanın tarixi” adlı tədbir keçirtdik. Tədbirdə Şuşa əməliyyatının birbaşa iştirakçısı olmuş Elmir İbadov və II Qarabağ döyüşlərində şəhidlik zirvəsinə ucalmış şəhid Hacıyev Şəhriyarın bacısı Hacıyeva Şəlalə iştirak etdi. Elmir bəy döyüş xatirələrindən qazi, şəhid yoldaşlarından, necə çiyin-çiyinə vuruşmaqlarından danışdı.
Şəlalə xanım qardaşı Şəhriyarın uşaqlıqdan başlayıb şəhidlik zirvəsinə ucalan vətən sevgisindən, necə qəlbi təmiz olmağından, vətənini, torpağını sevməyindən danışdı.Səsində həm qürur,həm hüzün vardı..
Məhz həmin qazilərin və şəhidlərin sayəsində bu gün Şuşanın işğalından 29 il ötmür.Bu gün Şuşa azaddır!Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.
Sizlər Azərbaycan xalqının fəxrisiz!!!