Övladlarımızın uşaqlığını əllərindən almayaq

“Beynəlxalq Ailə Günü” münasibəti ilə F.Gözəlov adına 124 nömrəli tam orta məktəbdə 1 may tarixində X sinif şagirdləri ilə “ Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Sevinc Atayeva, məktəbin psixoloqu Elnarə İsazadə, sinif rəhbəri Nərgiz müəllimə şagirdlərə erkən nikah, yaranma səbəbləri, erkən nikahın fəsadları haqqında məlumatlar vermiş, şagirdlərin fikirləri dinlənilmiş və sualları cavablandırılmışdır.