Sağlam həyat tərzi - həyatın nəbzi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 15 May tarixinin Beynəlxalq Ailə Günü “ kimi qeyd olunması ilə əlaqədar F.Gözəlov adına 124№-li tam orta məktəbin tədbirlər Planına əsasən bir sıra tədbirlər keçirilmişdir. 28.0.2021-ci il tarixində məktəbin 7b sinfi ilə tərbiyə işləri üzrə d/m Sevinc Atayeva, məktəbin psixoloqu Elnarə İsazadə və sinif rəhbəri Gülçöhrə İbrahimovanın iştirakı ilə “Sağlam həyat tərzi, ziyanlı vərdişlərin fəsadları” mövzusunda onlayn təlim keçirilmişdir. Təlimdə zərərli vərdişlər haqqında slayd təqdim olunmuş, məlumatlar verilmiş, “Narkomaniyaya yox deyək!” adlı videorolik göstərilmişdir. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.