Risk qrupuna daxil olan şagirdlərin valideynləri ilə iclas keçirilib

Azərbaycan Respublikası Təhsil nazirinin 13 may 2019-cu il tarixli, F-260 nömrəli əmrinə əsasən hazırlanmış Fəaliyyət Planının müvafiq bəndləri məktəbdə tətbiq olunur.
Ayın 30-da həmin Fəaliyyət Planının 3.1, 3.3 və 3.5 bəndlərinə əsasən məktəb rəhbərliyi və psixoloqu tərəfindən risk qrupuna daxil olan şagirdlərin valideynləri ilə görüş keçirilib.
Bu görüşdə tərbiyə işləri üzrə direktor müavini Atayeva Sevinc
çıxış edərək bildirib ki, risk neqativ bir haldır. Risk qrupuna aid olan uşaqlar dedikdə arzuolunmaz təsir altına düşə biləcək uşaqlar nəzərdə tutulur.
Sonra risk qrupuna aid ola biləcək uşaqlardan danışıb. O, valideynləri və müəllimləri birgə əlaqəyə çağıraraq bildirib ki, belə uşaqlar üzərində nəzarət yalnız ailə və məktəbin birgə fəaliyyəti nəticəsində mümkündür.
Sonda valideynlərə müəyyən təlimatlar verib, onların üzərinə düşən vəzifələrini xatırladıb.