Risk qrupuna daxil olan şagirdlərlə əlaqədar müəllimləri ilə iclas keçirilib

Azərbaycan Respublikası Təhsil nazirinin 13 may 2019-cu il tarixli, F-260 nömrəli əmrinə əsasən hazırlanmış Fəaliyyət Planının müvafiq bəndləri məktəbdə tətbiq olunur.

Ayın 30-da həmin Fəaliyyət Planının 3.1, 3.2 və 3.5 bəndlərinə əsasən məktəb rəhbərliyi və psixoloqu tərəfindən risk qrupuna daxil olan şagirdlərə dərs deyən müəllimlər ilə görüş keçirilib.

Bu görüşdə məktəb psixoloqu Elnarə İsazadə çıxış edərək bildirib ki, risk baş verə biləcək və ya baş verə bilməyəcək neqativ bir haldır. Risk qrupuna aid olan uşaqlar dedikdə arzuolunmaz təsir altına düşə biləcək uşaqlar nəzərdə tutulur.

Sonra məktəb direktoru çıxış edərək risk qrupuna aid ola biləcək uşaqlardan danışıb. Onların əsasən natamam və qeyri-sabit sosial-iqtisadi durumlu ailələrdən olduğunu qeyd edib. O, müəllimləri valideynlər ilə sıx əlaqəyə çağıraraq bildirib ki, belə uşaqlar üzərində nəzarət yalnız ailə və məktəbin birgə fəaliyyəti nəticəsində mümkündür.

Sonda müəllimlərə öz təlimatlarını verib, onların üzərinə düşən vəzifələrini xatırladıb.

İclas bitdikdən sonra məktəbin psixoloqu problemli şagirdlərin müəllimləri ilə fərdi şəkildə söhbət edərək  onlara öz tövsiyələrini verib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi