31 illik acı

      20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər Planına əsasən məktəbimizdə bu il ənənəvi tədbirlər onlayn şəkildə keçirilir.

     Tədbirlərin onlayn keçirilməsinə baxmayaraq , şagirdlər  yenə də öz aktivliyini göstərərək  müxtəlif təşəbbüslər irəli sürür, bütün tələblərin öhdəsindən  gəlməyə çalışırlar.Bu gün hər fənn müəllimi dərsdə şəhidlərimizi 1 dəqiqəlik sükutla yad edir, onların təşkilat saatlarını 20 Yanvar faciəsinə həsr edirlər.Şagirdlər isə öz növbəsində 20 Yanvar faciəsini əks etdirən videoçarxlar hazırlamış, rəsmlər çəkmiş, şeirlər demiş, esselər yazmış, divar qəzetləri hazırlamışlar.Onlayn tədbirlərimiz əyani tədbirlərimizdən  heç də geri qalmır.Görülən işlərdə sinif rəhbərlərin böyük rolu və zəhmətinin olması təqdirəlayiqdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi