Xocalısız 28 il

124№li məktəbdə Xocalı soyqırımına həsr olunmuş bir sıra tədbirlər həyata keçirildi.Rəsm və inşa müsabiqəsi, təşkilat saatları , dama yarışı, Xocalı abidəsinin ziyarəti keçirilən tədbirlərə daxildir. 25 fevral 2020-ci il tarixində  VIIvə VIIÇ siniflərinin iştirakı ilə Xocalının ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbiri hazırlayan ədəbiyyat müəllimi Nağıyeva Nahidə şagirdlərlə vətənpərvərlik mövzusunda söhbət etdi. Bu hadisələri canlı olaraq yaşayan məktəbin ingilis dili müəllimi Nağıyeva Axtər ürək ağrısı ilə şagirdlərə məlumat verdi.Tədbirdə bu günə həsr olunmuş şeirlər və mahnılar səsləndirildi, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi