Valideynin məktəbdə bir günü

F.Gözəlov adına 124 saylı tam orta məktəbdə 19.12.2019 –cu il tarixdə Bakı Şəhəri üzrə Təhsil idarəsinin 26.11.2019-cu il tarixli F- 448 № li əmrinə əsasən “Valideynin məktəbdə bir günü “ qeyd edildi. V – XI sinif valideynləri əvvəlcə dərslərdə iştirak etdi, daha sonra məktəb rəhbərliyinin təşkilatçılığı ilə çağırılan iclasda oldular. İclasda çıxış edən Təlim-tərbiyə işləri üzrə direktor müavini Qədirova Gülnar və Təşkilat işləri üzrə direktor müavini Atayeva Sevinc şagirdlərin tədris hazırlığı, dərsə davamiyyəti , valideyn nəzarətinin gücləndirilməsi, bu işdə məktəbə dəstəyin artırılması barədə məlumat verdilər. Səmərəliliyi təmin etmək məqsədilə müxtəlif yaş aralığında olan şagirdlərin valideynləri ilə qrup görüşləri keçirildi. Valideynlərin fikirləri dinlənildi , mövcud çatışçazlıqların aradan qaldırılması üçün məktəb – valideyn əlaqələrinin artırılması qeyd olundu.