Azərbaycanda qadın haqları

7 dekabr bütün təhsil müəssisələrində “Azərbaycanda qadın haqları: milli və beynəlxalq hüquq gənclərin gözü ilə “ layihəsi üzrə X və XI sinif şagirdləri arasında inşa yazı müsabiqəsi keçirildi. Bu müsabiqədə məktəbin X , XI sinifləri üzrə 24 şagird iştirak etdi. İnşa yazılar bütün mövzuları əhatə etdi. Şagirdlərin daha cox üstünlük verdikləri mövzu “ Təhsilin Azərbaycan qızlarının müqəddəratına təsiri “ oldu. Məktəb üzrə X sinifdən Mahmudov Nemət Nəhmət oğlunun , XI sinifdən Yusifzadə Gülşən Rahim qızının inşaları yüksək qiymətləndirilərək BŞTİ –nə göndərildi.